adalet.az header logo
  • Bakı 11°C
20 Iyun 2020 19:23
15138
İDMAN
A- A+

Fransada azarkeşlər futbolu stadiondan izləyə biləcək

Fransa hökumətinin qərarına əsasən, iyulun 11-dən etibarən azarkeşlərin futbol arenalarına buraxılmasına icazə verilcək.

Bu barədə "Reuters” agentliyi məlumat yayıb.

Qərarda qeyd edilir ki, stadiona beş minə qədər azarkeşin daxil olmasınaicazə veriləcək, yeni mövsümün açılışında isə bu rəqəm artırıla bilər.

Xatırladaq ki, koronavirus təhlükəsi ilə əlaqədar futbol üzrə Fransa çempionatı aprelin 28-də - vaxtından əvvəl başa çatıb.

Fransa çempionatının 2019/2020-ci il mövsümünün qalibi PSJolub.