adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Iyun 2020 18:29
14987
MƏMLƏKƏT
A- A+

Yanvar-may ayları ərzində Azərbaycanda ət istehsalının həcmi açıqlanıb

2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz artaraq 207,5 min ton təşkil edib.

Trend-in məlumatına görə, hesabat dövründə süd istehsalı 1,6 faiz artaraq 859,4 min ton, yumurta istehsalı 9,3 faiz artaraq 836,3 milyon ədəd, yun istehsalı 0,1 faiz artaraq 12,2 min ton və barama istehsalı 9,7 dəfə artaraq 18,3 ton olub.

Ümumilikdə isə 2020-ci ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2 milyard 165,1 milyon manat təşkil edib ki, onun da 1 milyard 721,9 milyon manatı heyvandarlıq, 443,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 5,3 faiz artıb.