adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Iyun 2020 16:44
50373
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ÜRƏYİNƏ...

Ürəyim SEVGİ dəftəri -
Heca, heca yaz adını...
Kipriklərin ucu ilə -
Sən adımı yazrdınmı -
ürəyinə?!

Tərəddütün anlaşılan
Hecası üçdü adımın...
Amma ki, səndən izinsiz -
Kölgəsi düşdü adımın -
ürəyinə!..

Nə edim, Tanrı bəlası -
Sevgidi! - mənim ruhumda...
Nəyim var, gizli qalası -
Hər gecə gəldim yuxumda-
ürəyinə...

Unutma, üç hecalıdı
Adm da, taleh zərim də...
Bu səbəbdən də çağırdı,
Dilin adımı hər yerdə -
ÜRƏYİNƏ!..