Dövlət Miqrasiya Xidməti karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müraciət etdi
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
DMX-dan Adalet.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli Qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müəyyənləşdirilmiş tədbirlərə uyğun olaraq ölkədə olan və yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilir:
Olduğu yer üzrə qeydiyyata alınmış, həmçinin müvəqqəti olma müddətinin uzadılması barədə qərar qəbul edilmiş əcnəbilər müvafiq sənədlərin nömrəsini əldə etmək üçün Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən "müraciətlərin izlənilməsi” elektron xidmətindən (https://eservice.migration.gov.az/public/application-track)istifadə edə bilərlər. Bu zaman pasport nömrəsi, doğum tarixi və vətəndaşlıq barədə məlumatarın daxil edilməsi vacibdir. Əcnəbi yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.
Hərəkəti zamanı əcnəbilərin üzərlərində şəxsiyyəti təsdiq edən sənədin (pasport və ya digər sərhədkeçmə sənədinin) olması vacibdir.
Əcnəbilərin miqrasiya xidmətlərindən istifadə etmək üçün evdən çıxmamaları, elektron xidmətlərdən istifadəyə üstünlük vermələri tövsiyə olunur (elektron xidmətlərə keçid: https://eservice.migration.gov.az/?lang=az).
Əlavə olaraq qeyd edirik ki, müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.
Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz.