adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
20 Iyun 2020 12:23
11763
SAĞLAMLIQ
A- A+

Koronavirusdan sağalan şəxslərə 21 gün işə çıxmamağı tövsiyə edirik - TƏBİB

Bu gün 39-40 temperaturu olan şəxslər virusa yoluxmasını ayıb hesab edərək onu qohum-qonşudan gizlətməyə çalışırlar.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, bunu hətta həkimlərdən də eşidib: "COVİD-19 yeni və çox ağır gedişatlı xəstəlikdir. Burada utanmalı heç nə yoxdur. Bu virusa hər kəs yoluxa bilər. Biz xəstəxanadan evə yola saldığımız şəxsə 21 gün işə çıxmamağı tövsiyə edirik. Xalqımızın xəstə ziyarətinə getmək kimi adəti var. Bir müddət bu adətimizi yığışdırmalıyıq. Hətta rayonlardan da COVID-19-a yoluxduğunu bilib xəstə yanına gələn insanlar olub”.