adalet.az header logo
  • Bakı 13°C
20 Iyun 2020 11:56
17313
MƏMLƏKƏT
A- A+

SMS icazəsiz evdən çıxanlar məsuliyyətə cəlb olunacaq - RƏSMİ

Sərt karantin günlərində SMS icazə almadan yaşadıqları ərazini tərk edən şəxslər məsuliyyətə cəlb olunacaqlar.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, vətəndaş evdən çıxarkən icazəsi olmadlıdırb: "Sms icazəsini karantin postuna çatanda almamalıdır. Əks halda həmin şəxs məsuliyyətə cəlb olunacaq. Çünki əgər karantin postlarında polisə sms icazəni təqdim edə bilməyən şəxslər karantin qaydalarını pozmuş hesab ediləcək".