adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Iyun 2020 11:53
11421
SAĞLAMLIQ
A- A+

TƏBİB: Kliniki əlamətləri COVİD-19 kimi olan xəstələrimizin sayı çoxdur

Test nəticəsi neqativ olan, test nəticəsi hələ açıqlanmayan, amma kliniki əlamətləri COVİD-19 kimi olan xəstələrimizin də sayı çoxdur.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, bəzi hallarda - xəstəlik 7-8 gün irəlilədikdən sonra COVİD-19 virusu yalnız aşağı tənəffüs yollarında aşkarlanır. Həmin zaman virus artıq burun-udlaq yollarında aşkarlanmır.