adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Iyun 2020 11:45
10588
GÜNDƏM
A- A+

Kamran Əliyev: 5000-ə yaxın avtomobil artıq karantin postlarından keçməyə cəhd edib

Karantin qaydalarına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, dünən axşamdan Bakı, Sumqayıt və Abşeronda olan şəxslərin rayonlara getməyə cəhd ediblər: "5000-ə yaxın avtomobil artıq karantin postlarından keçməyə cəhd edib.

Onlardan 4000-i Bakı 1000-ə yaxın isə rayonlara qaytarılıb. Sürücülərdən xahiş olunur ki, heç kim buna cəhd etməsin. Heç kim karantin postundan xahiş edib keçə biləcəyini düşünməsin. Daxili İşlır Nazirliyi əməkdaşı qərar qəbul edə bilir, buna görə də heç kim polislə mübahisə etməsin. Suallara cavab üçün Daxili İşlər Nazirliyinin 012 590 80 20 qaynar xətti var. Bura müraciət edə bilərsiniz. Əgər icazə verilməsə heç nəyə cəhd edib polislə mübahiə etməyin".