adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Iyun 2020 11:09
22245
MƏMLƏKƏT
A- A+

TƏBİB: qısamüddətli qapanmalar nəticəsində istədiyimiz nəticəni görə bilmədik

Dünən yeni yoluxma sayı 438 oldu ki, bu da ən yüksək saydır.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, indiyədək 143 xəstə COVİD-19-dan dünyasını dəyişib: "Təəssüf ki, ölənlərin sayı artır. Bu göstəricilərin nəticəsi olaraq, karantinin müddəti uzadılıb. Təəssüflə qeyd edim ki, həftə sonlarında etdiyimiz qısamüddətli qapanmalar nəticəsində istədiyimiz nəticəni görə bilmədik, tam əks nəticələr əldə edildi. Mən bütün vətəndaşlara müraciət edib demək istəyərəm ki, sosial aktivliyi azaldaq. Bu gün hər bir insan infeksiya mənbəyi ola bilər. Buna hər kəs yoluxa bilər”.