adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Iyun 2020 23:08
8758
GÜNDƏM
A- A+

Azərbaycan vətəndaşlarından Dağıstana gəlməmələri xahiş edildi

Dağıstan vətəninə qayıtmaq istəyən çox sayda Azərbaycan Respublikası vətəndaşını qəbul etməyə və yerləşdirməyə hazır deyil.

"RİA Derbent” agentliyi xəbər verir ki, bunu Mahaçqala Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədr müavini Eldar Osmanov həmvətənlərinə müraciətində deyib.

Onlardan sakit olmalarını, hazırkı vəziyyətdə ehtiram və sağlam düşüncə nümayiş etdirmələrini və Rusiya-Azərbaycan sərhədini keçməklə bağlı məhdudiyyətləraradan qaldırmadan Dağıstana gəlməmələrini xahiş edib:

"Diqqətinizə çatdırmaq istəyirəm ki, Dağıstan çox sayda Azərbaycan vətəndaşını qəbul etməyə və yerləşdirməyə hazır deyil”.

O, artıq Dağıstan ərazisində olanlardan sanitariya və ictimai təhlükəsizlik tədbirlərinə, habelə gigiyenaya riayət etmələrini istəyib.

Xatırladaq ki, iyunun 15-də Kullar postunun yaxınlığında Azərbaycan Respublikası vətəndaşları ilə Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma baş verib.(oxu.az)