adalet.az header logo
  • Bakı 16°C
19 Iyun 2020 21:00
15294
İDMAN
A- A+

Qızıl medal və çempionluq kuboku “Qarabağ”a təqdim olunur - Sabah...

Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün qalibi "Qarabağ" sabah mükafatlandırılacaq.

Qol.az-ən əldə etdiyi xəbərə görə, Ağdam təmsilçisinə çempionluq kuboku və qızıl medallar sabah "Azərsun Arena"da tədqim olunacaq. Mərasim azarkeşlərin iştirakı olmadan, koronavirusla bağlı karantin qaydalarına əməl edilməklə keçiriləcək. Mükafatı AFFA və PFL rəhbərliyi təqdim edəcək.

Saat 21:00-da başlayacaq mükafatlandırma mərasiminin "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacağı gözlənilir.

"Neftçi” və "Keşlə”yə mükafatlar isə bu tədbirdə verilməyəcək.