adalet.az header logo
  • Bakı 20°C
19 Iyun 2020 20:30
8381
HADİSƏ
A- A+

Azərbaycanda kişi hamilə arvadını vəhşicəsinə döydü: Bətnindəki körpə öldü - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Tovuzda qadının əri tərəfdən döyülməsinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun əməkdaşı, polis baş leytenantı Eşqin QasımovOxu.Az-a açıqlamasında bildirib ki, hazırdaMətanət Əsgərovanın müraciəti əsasında Tovuz Rayon Polis şöbəsində müvafiq araşdırma aparılır:

"Tibbi ekspertizanın rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək”.

16:47

Tovuz rayonunda kişi arvadını vəhşicəsinə döyüb.

Bu barədəOxu.Az-a hüquq-mühafizə orqanlarından bildirilib.

Belə ki, rayonun Əhmədabad kənd sakini, 1987-ci il təvəllüdlü Mətanət Əsgərova ərindən polisə şikayət edib.

O qeyd edib ki, əri Xəqani Əsgərov tərəfindən döyülüb.

Nəticədə, qadın bətnindəki11 həftəlik körpəsini itirib.