adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Iyun 2020 20:00
18018
MƏMLƏKƏT
A- A+

Yüzlərlə taksi sürücüsü fərqlənmə nişanı ala bilmir - VİDEO

Bakı Nəqliyyat Agentliyinin binasının qarşısında fərqlənmə nişanlarını almaq istəyən taksi sürücüləri sıxlıq yaradıb.

Baku Tv xəbər verir ki, ölkə ərazisində iyunun 21-dən iyulun 5-dək ciddi karantin rejimi dövründə taksi sürücüsü kimi fəaliyyət göstərmək istəyənlərdə bu nişan olmalıdır.

Sürücülərin sözlərinə görə, aralarında səhər saat 6-dan növbə gözləyənlər var.

BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, fərqlənmə nişanı yalnız hüquqi şəxslərə təqdim edilir. Məqsəd sərt karantin rejimində taksi xidməti adı altında sərbəst hərəkət imkanı əldə etmək kimi sui-istifadə hallarının qarşısının alınmasıdır.

Ətraflı süjeti təqdim edirik: