adalet.az header logo
  • Bakı 18°C
19 Iyun 2020 18:19
13509
SAĞLAMLIQ
A- A+

Uşaqlar arasında koronavirusun yayıldığı təhlükəli yaş dövrü açıqlandı

Bəzi insanlar onlarda koronavirusun əlamətləri olmasa da, virus daşıyıcıları hesab olunurlar.

"İzvestiya” xəbər verir ki, uşaqlar bu kateqoriyaya aid edilir.

Almaniyadakı İnfeksiyaları Araşdırma Mərkəzinin alimləri bu qənaətə gəliblər.

Tədqiqatın nəticələrinəgörə, əsas daşıyıcılar altı yaşadək olan uşaqlardır. Koronavirusa yoluxmuş bütün nəsillərdən olan insanlarda bioloji mayelərdə, demək olar ki, eyni miqdarda patogen hissəciyinolduğu qeyd edilir. Gənc yaşda daşıyıcıların üçdə biri xəstəliyi başqalarına ötürməyə qadirdir. Böyüklərin isə, demək olar ki, yarısı buna "qadirdir”.

Ancaq təcrübədən göründüyü kimi, məktəbəqədər yaşlı uşaqlar nizam-intizamlı şəkildə maskalar taxmağa, üzlərinə toxunmamağa və əllərini müntəzəm olaraq yumağa meyilli deyillər. Həm də uşaqlar tez-tez döşəmə üstündə oynamağı və müxtəlif maraqlı əşyaları ağızlarına vurmağı sevirlər.

Tədqiqatçılar qeyd edirlər ki, bu vəziyyətin çətin tərəfi çox vaxt körpələrin əsasən xəstəliyin əlamətləri görünmədən xəstələnmələridir.

Bütün bu amillər alimləri uşaqları COVID-19-u yayanların ən təhlükəli kateqoriyasına aid etməyə əsas verir.