adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Iyun 2020 16:42
12659
GÜNDƏM
A- A+

AQTA 265 obyektdə kobud qayda pozuntuları aşkarlayıb

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

AQTA-dan Adalet.az-a bildirilib ki, Agentlik əməkdaşları tərəfindən18 iyun 2020-ci iltarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən201 ictimai iaşə obyekti,212 ərzaq satışı mağazasıolmaqla ümumilikdə413 müəssisədəreyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 265-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:
◾Yasamalrayonunda "Avalon” ailəvi istirahət mərkəzi
◾Nərimanovrayonunda "Lizzetta” restoranı və "Dəniz” market
◾Binəqədirayonunda "Orxan” və "Unimart” marketlər

Digər rayon və şəhərlər üzrə:
◾Xaçmazrayonunda Bəşirova İlhamə Ramin qızı və Məmmədov İslam Sabir oğluna məxsus kafeler (hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdır)
◾Bərdərayonunda "Sahil” restoranı, fiziki şəxslər Quliyev Mədət Malçı oğlu, Zeynalov Arif Ənvər oğlu, Mahmudov Mahmud Şükür oğlu və Kərimov Murad Maarif oğluna məxsus kafeler
◾Gəncəşəhərində "Xanımın dükkanı”, "Asim” market, "Yeni market”, Quliyev Əli Sovet oğluna məxsus market, "Gəncə Əyləncə” restoranı, "Fantan” yeməkxanası, "Yeni Həyat” kafesi, "Muğan” restoranı, Məmmədov Fikrət Hidayət oğluna məxsus yeməkxana, Həsənli Tahir Fəxrəddin oğlu və Abdullayev Novruz İlham oğluna məxsus kafe
◾Masallırayonunda "Sevimli” və "Buta” market
◾Salyanrayonunda "Al market”, Qurbanov Kənan Alim oğluna məxsus kafe, Qasımova Sədaqət Böyükağa qızı, Əliyev Sadiq Məmmədağa oğlu, Hacıyeva Laləzar Məhəmmədəli qızına məxsus marketlər
◾Neftçalarayonunda Mayılzadə Nurlan Mehman oğlu, Qəfərov Şirinbala Eynulla oğlu, Ələkbərov Cəmil Əsgər oğlu, Həsənov Ziyafət Habil oğlu və Nəzirov Əli Əziz oğluna məxsus ərzaq mağazaları
◾Göyçayrayonunda "Zeynəb”, "Bir İnci” restoranları, "Oskar” market, Novruzov Samir Çingiz oğluna məxsus ərzaq mağazası və Baxışov Xəyal Əlicabbar oğluna məxsus ət satışı mağazası
◾Qəbələrayonu, Zarağan kəndində Xancanov Rəsul Eyvaz oğluna məxsus market
◾Şəkişəhəri, Kiçik Dəhnə kəndində Musayev Heydər Heyyət oğluna məxsus kafe
◾Balakənrayonunda Sultanova Aygün Kamil qızına məxsus çörək istehsalı və satışı müəssisəsi
◾Qazaxrayonunda "Avey” restoranı
◾Qubarayonunda "Quba”, "Ekanom” marketləri və Mirzəxanov İftixar Yaşar oğluna məxsus market

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.