adalet.az header logo
  • Bakı 20°C
19 Iyun 2020 16:14
13227
GÜNDƏM
A- A+

DİN-dən Kamil Zeynallının polislərin gözü qarşısında əlbəyaxa davası ilə bağlı AÇIQLAMA - VİDEO

Daxili İşlər Nazirliyi fitnes məşqçisi Kamil Zeynallının polislərin gözü qarşısında əlbəyaxa dava etməsinəaydınlıq gətirilib.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan ZahidovOxu.Az-a açıqlamasında bildirib ki, hadisə Bakı-Şamaxı yolunda quraşdırılan xüsusi karantin postunda baş verib:

"İki sürücünün bir-birinə yol verməməsi üstündə mübahisəyaranıb. Kamil Zeynallı və digər sürücüdava etməyə cəhd göstəriblər. Bu zaman postda olan polislər onları saxlayıblar və Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə gətiriliblər. Hər ikisinin izahatı alınıb və sərbəst buraxılıb”.

DİN rəsmisi qeyd edib ki, hadisə barədə araşdırma aparılır:

"Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Qeydedək ki, fitnes məşqçisi Kamil Zeynallı polislərin gözü qarşısında dava edib. O, yolda avtomobilindən düşərək, bir nəfərə yumruq zərbələri endirib. Bu zaman o, həmin şəxsə qarşı qeyri-etik ifadələr səsləndirib.