adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Iyun 2020 15:51
8847
GÜNDƏM
A- A+

Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu

Ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin tələblərinə uyğun olaraq, prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə gənc və peşəkar kadr korpusunun komplektləşdirilməsi istiqamətində institusional islahatlar davam etdirilir.

Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə İbrahim Ləmbəranski Bakı şəhərinin Sabunçu, Rəşid Mahmudov Suraxanı, Elman Süleymanov Yasamal, Hidayət Nurəlibəyov Nərimanov, Həsən Hənifəyev Nəsimi rayonunun prokuroru vəzifələrinə təyin edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturuna uyğun olaraq kadr islahatları davam etdiriləcək.