adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Iyun 2020 10:36
13070
GÜNDƏM
A- A+

Vüqar Abbasov: Operativ Qərargah, bir özünüzə baxın

Məlum virusun olduğuna mən də inanıram və qaydalara əməl etməyin çox vacib olduğunu düşünürəm. Ancaq insanları inanmamaqda qınayanlara demək istəyirəm ki, Operativ Təşkilatın (deyilənə görə onların saytıdır, deyilsə də saytları hanı) saytında olan məlumatlarla dedikləri arasında fərq böyükdür. Saytları yenilənmir və insanlar məlumatı müxtəlif yerlərdən fərqli şəkillərdə alırlar. Bu da inamsızlıq yarada bilər. Bir sayt olmalıdır və hər kəs, həmçinin mətbuat da ordan məlumat ala bilməlidir. Buna baxın, yoluxma sıfır yazılıb və təbii ki, yanlış məlumatdır. Odur ki, milləti aşağılamamış bir özünüzə baxın, səhvlərinizi düzəldin.

P.S. Yaşadığım yerdə, Niderlandda konkret bu mövzuda əvvəldən bu günə kimi hansı məlumatı istəsəm əldə edə biləcyim rəsmi sayt mövcuddur və odur ki, burda yanlış məlumatlar yazıb insanları çaşdıranları (demək olar ki) görmək mümkün deyil.