adalet.az header logo
  • Bakı 19°C
19 Iyun 2020 12:49
11026
MƏMLƏKƏT
A- A+

Deputat: “Neftçalada insanlar içməyə su tapmır”

"Neftçalada heyvanların belə su içməsi mümkün deyil".

Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının dördüncü iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı deyib. O bildirib ki, Kür çayının səviyyəsi enir və ona dəniz suyu qarışır. "Nəticədə, su şorlaşır. Heyvanlar susuzluqdan qırılır, bostanlar quruyur. İnsanlar içməyə su tapmır", - deyə, S.Rüstəmxanlı əlavə edib. Deputat qeyd edib ki, Kür çayından Neftçalaya içməli suyun verilməsi üçün boru çəkilməsi nəzərdə tutulurdu, bunun üçün 5 milyon manat ayrılmışdı: "Ancaq həmin su kəməri çəkilmədi. Neftçalada su problemi ilə bağlı həyəcan təbili çalıram. Bu gün problemdən çıxış yollarından biri də dəniz suyunun şirinləşdirilməsidir".

Nicat Novruzoğlu