adalet.az header logo
  • Bakı 20°C
20 Iyun 2020 10:25
25888
SİYASƏT
A- A+

Aygün Attar: Bu meydan, bu da şeytan

Dünyanı cənginə alan koronavirusun yaratdığı siyasi və iqtisadi çətinliklərə görə Azərbaycan mediasını müt’madi izləyə bilməsəm də cəsarətli bir səsin açıqlamaları qarşıma çıxır.

Fazil Mustafadan bəhs edirəm. Azərbaycan Xalq Cəbhəsindən çıxan intelektual potensialı yüksək olan, çox oxuyan, araşdırma etməkdən çəkinməyən bir ziyalıdır Fazil bəy. Az oxuyan, küçə diliylə danışmağı mərifət bilənlərdən fərqli olaraq onun Azərbaycan parlamentində gündəmə gətirdiyi məsələlər daima məntiqli , milli mənafeyə xidmət edən təkliflər olub. Azərbaycanda ziyalı adıyla dolaşan çox ziyalı var, amma fikir bildirilməsi lazım olan məsələlər qarşısında susanlardan deyil Fazil Mustafa. Onsuz da başına nə gəlirsə orta yolla addımlayan, suya, sabuna toxunmadan həyatına davam edən ziyalılardan fərqli olduğuna görə gəlir.

Yazdıqları, dedikləri pafos deyil, xidmət məqsədli olduğu üçün həqiqəti eşitməyi xoşlamayan cəmiyyətlərdə Fazil Mustafanın işi çətindir. Yaxın tariximizə baxsaq min öncə də, yüz il sonra da doğrunu deyəni doqquz kənddən qovurlar. Yaxın keçmişdən dərs çıxaran və Azərbaycan dövlət mənafeyi naminə fikirərini açıqlamaqdan çəkinməyən bir ziyalıdır Fazil Mustafa. Istəsə, başqaları kimi "mənə nə?”-deyə həyatı sürüdürə bilər. Başqaları kimi susqun qala bilərdi. Amma etmədi. Vicdanının səsini dinləyərək dünənki yanlışları da, doğruları da, bu günkü haqsızlıqları da, düzgünlükləri də dedi, yazdı və hələ də deyir, yazır. Vəfat edilənlərə söyüş bizim adətlərimizdə olmasa da, sabahdan axşama kimi xaricdən və daxildən maliyyələşən şəbəkələr tərəfindən söyülməsinə baxmayaraq o danışır, yazır. Düşmənçiliyin əsiri olmuş qaragürühçuların psixologiyasını pozur Faizl Mustafanın bütün bunlara susmaması. Onlar işğalçı Ermənistana deyil, Azərbaycan leyhinə çalışan təşkilatlara deyil, şəxsi məqsədləri üçün Fazil Mustafanın müdafiə etdiyi Azərbaycan dövlətçiliyinə düşməndilər.

Söylədiyi fikirləri kopyalaraq təhrif edib sosial şəbəkələrdə özlərinə uyğun şəkildə paylaşan toplum provokasiya yaradır. Ən qorxduqları şey cəmiyyətin həqiqətləri bilməsidir.

Azərbaycanda ziyalı adıyla yaşayanların çoxu şəxsi rahatlıqları naminə , qaragüruhçu kütlənin hədəfinə gəməməkçün susur. Fazil Mustafasa susmur və yaxşı ki, susmur. Onun çıxışları ört-basdır edilməyə çalışılan çox mətləblərin üstünü açır. Bundan narahat olanlar da təbii ki, etiraz edəcəklər. Tez-tez meydandan danışan, meydana insan çağıranlara çıxışları ilə "bu meydan, bu da şeytan” deyir Fazil Mustafa. "Özünə güvənən meydana çıxsın”.

Bu cəsarəti göstərən Fazilə bəyə halal olsun. Yalnız deyilsiniz! Azərbaycanın milli mənfəətləri üçün xaricdən bəslənən içəridə provokasiya yaratmağı hədəfləyən kütləyə qarşı verdiyiniz bütün mücadilələrdə yanınızdayam!