adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Iyun 2020 10:40
40106
ŞOU-BİZNES
A- A+

Modellərdən və Ledi Qaqadan yeni paylaşımlar: Eşq etirafı

Dünyanın ən gözəl və tanınmış modelləri müxtəlif paylaşımları ilə hər zaman diqqətləri öz üzərlərinə cəlb etməyi bacarıblar. Adalet.az xəbər verir ki, bu mövsümdə də modellərin bir-birindən rəngarəng paylaşımları göz oxşayıb.

Yaponiyalı model Yuki Osaki cazibədar görkəmdə zərb alətlərində anime hitləri ifa edib.

32 yaşlı model Osakijurnalistlərə açıqlamasında zərb alətlərində ifa etməyi hələ yuxarı siniflərdə oxuyarkən öyrəndiyini deyib. O, bu yaxınlarda "Little Lilith” musiqi qrupuna qoşulub.

İfa etdiyi mahnıları sosial şəbəkələrdə paylaşan model gözəlliyini nümayiş etdirmək üçün seksual geyimlərə üstünlük verir.

Tanınmış aktrisa Kortni Koks 56 yaşını qeyd edib. O, bu münasibətlə böyük tədbir keçirməsə də, günü xoş təəssüratla başa vurub.



Ulduz "Instagram” hesabında hovuza dalması ilə bağlı video paylaşıb.

Aktrisanın pərəstişkarları onun əla formada olduğunu deyərək, ad günü münasibətilə təbrik ediblər. Təbriklərə Keyt Hadson, Poppi Delevin, Sindi Krouford kimi məşhurlar da qoşulub.

Məşhur amerikalı aktrisavə müğənniLedi Qaqa sosial mediada son paylaşımı ilə izləyicilərini təəccübləndirib.

Müğənni "Instagram” hesabında makiyajsız, adi idman geyimində, sadə saç forması ilə selfi edərək paylaşıb.

Məşhur ulduzun dünyaya sevgi etirafı etdiyi paylaşımı qısa müddətdə 1,6 milyon bəyənmə qazanıb.

Əntiqə Rəşid