adalet.az header logo
  • Bakı 19°C
19 Iyun 2020 11:18
12634
DÜNYA
A- A+

Tramp rəqiblərini müqayisə etdi: “Klinton daha güclü idi”

ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət katibi Hillari Klintonun sabiq vitse-prezident Co Baydenlə müqayisədə, daha güclü rəqib olduğunu bildirib.

Bu barədə ABŞ lideri "The Washington Times” qəzetinə müsahibəsində danışıb.

Müsahibə zamanı D.Trampdan C.Bayden və H.Klintonu prezident seçkilərindərəqibləri kimi müqayisə etmək istənilib. D.Tramp C.Baydenin özünün zəif, lakin demokratların partiya maşınının daha güclü olduğunu qeyd edib.

Xatırladaq ki, sorğuların nəticələrinə görəhazırda Co Bayden seçicilər arasında populyarlıq göstəricisində D.Trampı 8,5 faiz üstələyir.