adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Iyun 2020 09:36
15340
SAĞLAMLIQ
A- A+

Alimlər xəbərdarlıq edir: Koronavirusdan sağaldıqdan sonra anticisimlər yoxa çıxa bilər

Ola bilsinki, insanlarda koronavirusa qarşı anticisim heç vaxthasilolunmasın, çünki bəzi hallarda xəstə sağalandan sonra onlar yox olur.

"South China Morning Post” qəzetinin məlumatına görə, bu barədə amerikalı və çinli alimlər xəbərdarlıq ediblər.

Mütəxəssislərkoronavirusun ocağına çevrilən Uhandaçalışan tibb işçilərində immunitetin yaranmasını öyrənərkən bu nəticəyə gəliblər. Xəstəliyin başlanğıc mərhələsində həkimlər yoluxmuş xəstələrlə birbaşa əlaqədə olmuşdular.

Tədqiq olunan 23 min həkimin ən azı dörddə biri koronavirusa yoluxa biləcəyi ortaya çıxıb, lakin yalnız dörd faizində anticisimlər tapılmışdı.

Araşdırmanın yekunlarında bildirilir insanlarda çətin ki, bu virusa qarşı uzunmüddətli anticisimyarana bilsin.

Bundan əlavə, tədqiq olunan xəstələrin 10 faizindən çoxunun sağaldıqdan sonra bir ay ərzində bədənindən anticismlərinyoxa çıxa biləcəyi məlum olub.