adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
19 Iyun 2020 09:32
8528
HADİSƏ
A- A+

Ermənistan sutka ərzində atəşkəsi 22 dəfə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli kəndi yaxınlığında, həmçinin Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.