adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Iyun 2020 18:48
19088
SİYASƏT
A- A+

Leyla Abdulllayeva: Azərbaycanın karantin təcrübəsi dünya ölkələri tərəfindən təqdir olunur

Azərbaycanın karantin təcrübəsi dünya ölkələri tərəfindən təqdir olunur.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdulllayeva deyib.

Onun sözlərinə görə, məqsəd ölkədə virusun qarşısının alınmasıdır: "Bunun üçün biz qaydalara riayət etməliyik, yayılmanın qarşısını almalıyıq. Biz bunun üçün lazım olan bütün tədbirləri görürük".