adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 Iyun 2020 18:40
11083
MƏMLƏKƏT
A- A+

Karantin rejimi yenidən uzadıldı - RƏSMİ

"Karantin rejimi avqustun 1-dək uzadılır”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabineti yanında operativ qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib.

O bildirib ki, ölkədəki epidemioloji vəziyyət bir sıra qərarların qəbuluna zərurət yaradıb:

"Bu iliyunun 21-dən 5 iyul saat 06:00 radələrinə qədər ciddi karantin rejimi tətbiq ediləcək. Bakı Sumqayıt, Lənkəran, Gəncə, Yevlax, Masallı, Cəlilabad və Abşeronda ikihəftəlik sərt karantin rejimi tətbiq ediləcək. Bununla bağlı növbəti brifinqdə ətraflı məlumat veriləcək”.