adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Iyun 2020 19:00
13144
İDMAN
A- A+

UEFA “Sabah”a lisenziya verdi, AFFA “Turan Tovuz”u I divizionda saxladı

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2020-2021-ci il mövsümündə UEFA-nın klub turnirlərində və Azərbaycan Premyer Liqasında iştirak üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

Oxu.Azxəbər verir ki, UEFA-nın klub yarışlarında iştirak etmək üçün "Qarabağ”, "Qəbələ”, "Neftçi”, "Sumqayıt”, "Zirə”, "Səbail”, "Keşlə” və "Sabah” klublarına lisenziya verilib.

Premyer Liqa yarışlarında iştirak etmək üçün "Kəpəz”, "Ağsu”, "Turan Tovuz”, "Qaradağ-Lökbatan” və "Zaqatala” klublarına lisenziya verilməyib.

Lisenziya iddiaçısı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə şikayətverə bilər.

Qeyd edək ki, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə üzrə "Fair Play” qaydalarında əks olunmuş tələbə əsasən, qurumun bayrağı altında keçirilən klub yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidir. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidir. Qaydalardan biri "3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl üç il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir.

Məlum olduğu kimi, "Sabah” klubu Premyer Liqada iştirak edir və AFFA "UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə üzrə "Fair Play” qaydalarının tələblərinə uyğun olaraq, "Sabah” FK ilə bağlı müstəsna prosedurun tətbiq olunmasına dair UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçünprosesə başlayaraq həm AFFA, həm də "Sabah” FK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. UEFA təqdim olunmuş sənədləri araşdırdıqdan sonra müsbət qiymətləndirildiyini bildirib və bununla bağlı qərar qəbul edilib.

Daha bir qeyd ondan ibarətdir ki, "UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalar”ın (Buraxılış 2019) 13-cü maddəsinə müvafiq olaraq, 2020/21-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak üçün lisenziya almış hesab olunur.