adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Iyun 2020 18:33
7956
GÜNDƏM
A- A+

“Beynəlxalq Ordu Oyunları - 2020”nin planlaşdırılması üzrə videokonfrans keçirilib

İyunun 18-də Müdafiə Nazirliyinin nümayəndə heyəti "Beynəlxalq Ordu Oyunları - 2020” yarışlarının 3-cü planlaşdırma konfransında iştirak edib.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, yarışlarda iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin videoəlaqə vasitəsilə keçirilən onlayn konfransda beynəlxalq oyunların yarışların şərtləri və qaydaları və hazırlıq məsələləri müzakirə olunub.

"Beynəlxalq Ordu Oyunları - 2020” yarışlarının bu il avqustun 23-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.