adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Iyun 2020 08:19
16202
İDMAN
A- A+

«QARABAĞ» ÇEMPİONLUĞUNU GƏRƏK QƏBUL ETMƏYƏYDİ

Bəli, artıq Azərbaycanda ölkə çempionatı mənasız olaraq dayandırıldı, «Qarabağ» çempion elan edildi. «Qarabağ» onsuz da çempion idi və bu titulunu bir-iki oyundan sonra rəsmi təsdiq edəcəkdi.

Tələm-tələsik bu çempionatı başa vurmaq nəyə və kimə lazım idi və «Qarabağ»ın belə çempionatlıq nəyinə gərək idi?

Nostradamus da deyiləm, Vanqa da deyiləm. «Qarabağ» növbəti çempionatlıqda, darıxmayın, «Xəzər-Lənkəran»ın gününə düşəcək. Maliyyə vəziyyətinə görə yox, bekarçılıqdan idman formalarını itirdiklərinə görə.