adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: BİZİ QARABAĞDA GÖZLƏYƏN RUH

ƏBÜLFƏT MƏDƏTOĞLU
96757 | 2020-06-20 10:10

O günlər indikikimi gözümün önündədi. Hətta mərmilərin də səsini, qradların da uğultusunueşidirəm... əsgərlərin bağırtısını da, komandirlərin hayqırtısını da yenidənyaşayıram... Və belə bir məqamda tarixə diqqət yetirirəm. Bu bəlli tarix - 20iyun 1993-cü ildi! Döyüş Ağdamın Boyəhmədli kəndi ətrafında gedir. Ermənilərhavadarları və muzdlu döyüşçülərlə birlikdə hücuma keçiblər. Belə bir vaxtdaQarabağın bu bölgəsində yer, göy od tutub yanır. Adamlar bir çaşqınlıq içərisindəpaytaxtdan gözləyə-gözləyə necə bacarırlarsa vuruşurlar. Heç kəs səngəri tərketmir. Onların arasında qarayanız, cəldliyi ilə seçilən və hamının da xətriniçox istədiyi bir oğlan da var. Bu, Boyəhmədlikəndində doğulmuş Elçin Müzəffər oğlu Baxşəliyevdir. Doğulduğu kənddə, oxuduğuməktəbdə hamıdan fərqlənən, istiqanlı, bir az da müdrik görkəmli bu oğlan eləbil xeyirxahlıq üçün doğulmuşdu, adamlara əl tutmaq, qayğı göstərmək üçündünyaya gəlmişdi. Ona görə də onunla bağlı həmyerlilərindən, Elçini tanıyanlardannəsə soruşanda hər kəs birmənalı şəkildə vurğulayır ki, heyf Elçindən, o başqabir oğul idi!..

Bəli, mən ElçinMüzəffər oğlu Baxşəliyevin keçdiyi döyüş yoluna yaxşı bələdəm. Onun silaha necəsarılmasından, necə döyüşməsindən, hətta yaralı döyüş dostları üçün özünü necəgüllə qabağına verməsindən yazmaq, danışmaq mənim üçün şərəfdir. Çünki söhbətbu millətin, bu torpağın ər oğlundan, igidindən gedir. Və həyat yoluna bələdolduğum Elçin orta məktəbi bitirəndən sonra Sovet ordusunda xidmət etməsi, xidmətibaşa vurduqdan sonra Gəncədə İnşaat Texnikomunda təhsil alıb təyinatla Ağdama gəldi.Onu rayonun "Qarabağ” adın sovxozunda işə götürdülər. Sahib olduğu ixtisasdan əlavə,Elçin Baxşəliyev Boyəhmədlidə rəssam-şair kimi də tanınırdı. Hələ orta məktəbdəçəkdiyi şəkillər, yazdığı şeirlər sinif yoldaşlarının, müəllimlərinin diqqətiniçəkmişdi, sonra bu xəbər kəndə yayılmışdı. Və beləcə, bütün kənd Elçinin adı gələndəsöhbətin şair-rəssamdan getdiyini analyırdı. Elçin isə böyük xəyallarla,arzularla yaşayırdı. O, ali təhsil almaq, Allahın verdiyi bu fitri-istedadıdaha da şaxələndirmək üçün boş vaxtlarını qələmə, fırçaya həsr edirdi. Amma görünür, onun saydığını fələksaymırmış. Çünki...

Bəli, ermənilərintorpaq iddiası hamı kimi Elçini də silaha sarılmağa məcbur etdi. O da vətəninharayına səs verdi. Elə ilk könüllülərdən biri kimi ön cərgədə yer tutdu.Ağdamın Papravənd kəndi ətrafında gedən döyüşdə, yəni 1993-cü ilin sentyabrayının 11-də ağır yaralandı. Onu Bakıya Topçubaşov adına Ekperimental Cərrahiyyəİnstitutunda müalicəyə götürdülər. Müalicə başa çatandan sonra Elçin 3-cü dərəcəliəlil kimi ailəsinin yanına qayıtdı. Ammabu qayıdış ailəni başına yığmaq üçün deyildi. Görüşüb, səngər dostlarınınsırasına dönmək üçün idi. Elçin xəstəxanadan evə gəlib yenicə doğulmuş oğulpayı Altunbəyi bağrına basdı, onu öpüşlərə qərq etdi. Ata-oğulun bu görüşühamını heyrətləndirdi. Sanki vida görüşü idi. Altunbəyin anası da, digərdoğmaları da nəfəslərini tutub heç nə demədən baxırdılar. Əl boyda uşaq səsinidə çıxarmırdı. O da atasıyla vidalaşırdı. Belə məqamda Elçinin anası Validəxanım bir az irəli keçib əlini onunçiyninə vurdu: "Uşağı belə möhkəm sıxma sinənə, nəfəsi tıncıxar” – dedi. Ammahiss olunurdu ki, ana ürəyi də nə isə duyub. Çünki onun kipriklərinin ucu nəmidi.

Bəli, həmin günElçin ailə üzvlərilə sağollaşıb səngərə döndü. Onun arxasınca Validə xanım,bacıları Aytəkin, Şəhla, Şəfəq su atsalar da, göz yaşları da səpdilər. Çünki əlboyda Altunbəy atası gedəndən sonra elə bir qışqırtıyla ağladı ki, onu təsəvvüretmək mümkün deyil. Bir neçə gündən sonra acı xəbər qapını döydü. Gedən ağırdöyüşlərdə şair-rəssam, 3-cü qrup əlil Elçün Müzəffər oğlu Baxşəliyev qəhrəmancasınahəlak oldu. Bəlkə də bu bir alın yazısıdı... bəlkə də bir möcüzədi. Amma ən dəhşətlisiodur ki, nə Elçin dəfn olunanda, nə də bu 40 günlük mərasim müddətində Altunbəykimsəyə narahatlıq yaşatmadı. Hamı heyrətlənir,bu oğul atasıyla sanki görüşə hazırlaşırdı. Və Ağdamın işğalından bir az sonraAltunbəy 2 yaş 6 aylığında atasına qovuşdu. Məhz həmin gün hər kəs Elçinin özoğlunu bağrına necə sıxdığı o anları bir daha xatırlayıb, bir daha yaşadı. Üstəlik,həmin anda yanıqlı-yanıqlı üzünü Qarabağa tutub için-için ağlayan Validə ananınbayatıları oğul yanğısına, oğul həsrətinə sanki yağ damızdırdı. O tonqal bir azda gur yandı.


Dağlarda dumanağlar,
Yaxşılar yaman ağlar.

Şəhid Elçinimlaylay,

Sənsiz qəlbimqan ağılar.


Yaxınlar uzaqoldu,

Qış gəldi sazaqoldu.

Getdin, bir də gəlmədin,
Yolun nə uzaq oldu.


Əzizim gülaçıbdı,

Yaz gəlib gülaçıbdı.

Torpağa axıbqanın,

Elə bil gülaçıbdı.


Haray, ay ellər,haray,

Dərd var sinəmdəlay-lay.

Uçdum Haqq dərgahına,

Laylay Elçinim,laylay.


Bu gün Bakıdabir ünvan var... Respublika Hərbi Prokurorluğunun binasında yerləşən memorialmuzeydə şəhid şair-rəssam Elçin Müzəffər oğlu Baxşəliyevin guşəsi yaradılıb. Buguşəyə ilk dəfə məni Elçinin bacısı oğlu Elgiz dəvət etmişdi. Burada mən onusalamlayarkən anası Şəhla xanımı da, bacısı Nərgizi da, atası şair qardaşımAdil Şirini də görüb öncə nə deyəcəyimi təxmin edə bilmədim. Sonra köməyimə "VƏTƏNSAĞ OLSUN!” imzası gəldi. Elə indi də onlara necə təsəlli verəcəyimi bilməsəm də,Elçin Baxşəliyevin bütün doğmalarına, döyüş dostlarına, həm də xalqımıza üzümütutub deyirəm:

- VƏTƏN SAĞOLSUN!

... Bəli, bu günElçin Baxşəliyevin şəhidlik zirvəsindəki yaşı 27 rəqəmiylə ifadə olunur. Ammaonun Qarabağda, Ağdamda dolaşan ruhu elə Ağdamdakı yaşındadı və bizi də elə oyaşında gözləyir!..


TƏQVİM / ARXİV