adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Iyun 2020 10:11
50524
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: RUHUMUN ŞEİRİ...

Doğmalıq axtarıram
Ağacda, daşda, qumda...
Göyərtməkçün ürəkdə -
Sənin etdiyin şumda!..

Ağlım araşdırmaçı
Hisslər sadiq kahindi...
Xəyalım varlığına -
Keşik çəkən şahindi...

Külək qırmış budaqdı
Bükülən barmaqlarım...
Didəm - lilli bulaqdı -
Tökülən yarpaqlarım...

Köklənmişəm xatirə-
Ritminin ahənginə...
Yaddaşım tamarzıdı -
Bir bakirə zənginə...

Axtardığım doğmalıq -
Yuxudu - çin çıxmayan...
Sayma bunu lovğalıq -
İçindən cin çıxmayan!..