adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Iyun 2020 20:00
14727
İDMAN
A- A+

Dövlət Komitəsindən “Bakı”nın bazasının sökülməsi ilə bağlı AÇIQLAMA

Azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus "Bakı” klubunun Biləcəri qəsəbəsində yerləşən bazasının sökülməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Türkiyəli iş adamına məxsus olduğu deyilən "Delfin” MMC ötən ilin sonlarında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı əsasında həmin əraziyə sahiblənib və stadionun sökülməsinə qərar verib.

Lakin söküntü yarımçıq dayandırılıb. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yalnız keçmiş "Delfin” hotelinin, keçmiş Qolf Federasiyası və məşhur "Kəhrəba” restoranının yerləşdiyi ərazinin sökülməsinə icazə verib.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğluOxu.Az-a açıqlama verib:

"Həmin ərazi xüsusi mülkiyyətdir və tikintiyə icazə icraatının başlanğıcı olaraq Komitəyə müraciət olunub. Artıq şəhərsalma əsaslandırılması təsdiq edilib. Lakin tikintiyə icazə sənədi hələ ki verilmədiyi üçün söküntü işləri dayandırılıb. Hazırda icazə üçün sənədləşmə işləri aparılır”.