adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Iyun 2020 08:20
10108
GÜNDƏM
A- A+

POLAD BÜLBÜLOĞLU ALLAHIN BAYISI OĞLU DEYİL

Rusiya ilə sərhədə yığışan 800 nəfərə yaxın insanın Vətənə qayıda bilməməsi ilə bağlı baxıram ki, hamı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu ittiham edir.

Rusiyada yaşayan azərbaycanlıların Vətənə qayıtması ilə bağlı Möhtərəm Prezident İlham Əliyev Rusiya prezidenti hörmətli Vladimir Putinlə telefonla danışmışdı. Bundan başqa, xarici işlər nazirimiz hörmətli Elmar Məmmədyarovla Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da bununla əlaqədar telefonla danışmışdı. Nəticədə nə qədər azərbaycanlı təyyarələrlə Vətənə dönmüşdü. Təbii ki, hamını da belə bir zamanda Vətənə qaytarmaq nəinki çətindi, hətta qeyri-mümkündü.

Polad Bülbüloğlu da Rusiyada yaşayan azərbaycanlılara müraciət etmişdi ki, sərhədə axışmayın. İnsanları da qınamırıq, naəlac qalıb sərhədə axışdılar.

İndi bu işdə Polad Bülbüloğlunun günahı nədi? Niyə o söyülməli və təhqir olunmalıdı?

Dostlar, Polad Bülbüloğlu Allahın bayısı oğlu deyil!