adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Iyun 2020 12:39
47011
ŞOU-BİZNES
A- A+

Xalq artistinin özündən gözəl qızı da müğənni olmaq istəyir - Dəniz...

Hər zaman zərafəti, kübarlığı ilə tamaşaçılarının məhəbbətini qazanmağı bacaran Xalq artisti Zülfiyyə Xanbabayeva 2-3 il əvvəl qızı haqqında danışarkən söyləmişdi ki, Dəniz bilir kimin qızıdır, amma onun üçün ilk növbədə anayam: " Və o mənə etibar edir. Mən onun zövqünü körpəlikdən formalaşdırmağa başlamışam. Heç zaman düşünməmişəm ki, uşaq mütləq əlvan geyinməlidir. Dənizin qarderobunda qara rənglər də var. Artıq 9 yaşında olmağına baxmayaraq, hərdən Dəniz mənə hər hansı paltarı göstərəndə mən onun bir neçə geyimi uyğunlaşdırmağından anlayıram ki, artıq onun öz üslubu, zövqü formalaşıb. Uşaq olanda mənim zövqümü heç kim formalaşdırmayıb və mən bilmirəm bu məndə necə əmələ gəlib”.

Bu günlərdə isə sevilən müğənninin qızı haqqında danışdığı görüntülər sosial şəbəkədə marağa səbəb olub.

Adalet.az xəbər verir ki, xalq artisti "Zaurla Günaydın" verilişində qonaq olarkən qızı Dəniz haqqında danışıb. O, bildirib ki, atası qızının hüquqşünas olmağını istəsə də, Dəniz müğənni olmaq istəyir:

"Bir müddət həkim olmaq istədi. Amma atası onu hüquqa yönəltmək istəyir. Amma bəzən özü "bəlkə mən müğənni olum” deyir. Qəşəng rəqs etməyi var, səsi də gözəldir".

Qeyd edək ki, hazırda Dənizin 13 yaşı var.

Əntiqə Rəşid