adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 Iyun 2020 11:20
27541
ELM VƏ TƏHSİL
A- A+

Elmar Qasımov “Petkim” Petrokimya Holdinqin nümayəndələri ilə onlayn görüş keçirib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov "Petkim” Petrokimya Holdinqin nümayəndə heyəti ilə onlayn görüş keçirib.

BANM-dan Adalet.az-a verilən məlumata görə, görüşdə "Petkim” Petrokimya Holdinqin İnsan Resursları üzrə Baş direktorun müavini Levent Kocagül, SOCAR Türkiyənin İstedad Qəbulu üzrə meneceri Nazlı Ünsal və eləcə də SOCAR Türkiyənin Təşkilati İnkişaf Nəzarətçisi Nərmin Abdullayeva iştirak edib.

Şirkət nümayəndələri ilə "Petkim” Petrokimya Holdinqə daxil olan zavod və müəssisələrdə BANM tələbələrinin təcrübə və karyera imkanları barədə fikir mübadiləsi aparılıb.

Elmar Qasımov tədris zamanı əldə etdikləri nəzəri biliklərin zənginləşdirilməsi məqsədilə Ali Məktəbin tələbələrinin hər il SOCAR-ın bütün idarə və istehsalat müəssisələrinə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərə, həmçinin Türkiyənin "Petkim” şirkətinə istehsalat təcrübəsinə göndərildiyini qeyd edib. O, istehsalat təcrübəsi zamanı tələbələrin iş prosesi, istismarda olan hər bir qurğunun iş prinsipi, idarəetmə sistemi ilə yaxından tanış olması və peşəkar mütəxəssislərlə işləməsi kimi imkanlar qazandığını vurğulayıb.Rektor bildirib ki, BANM və "Petkim” arasında əldə olunan razılaşmaya əsasən, Ali Məktəbin tədrisdə fərqlənən tələbələri ildə bir dəfə olmaqla "Petkim”-ə daxil olan zavodlarda yay istehsalat təcrübəsinə göndərilirlər və təcrübə prosesini uğurla tamamlamış məzunlar seçilərək işlə təmin olunurlar.

Sonda builki mövcud vəziyyəti nəzərə alaraq yay təcrübə proqramının cari il üzrə təxirə salınması, gələcəkdə işə və təcrübəyə qəbul edilən tələbələrin sayının isə mümkün olduqca artırılması qərara alınıb.