adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Iyun 2020 08:16
63681
GÜNDƏM
A- A+

Daşlaşmayan tariximiz - Heykəlləşməyən mənəvi anamız

Qadın yaradandı, yaşadan və qoruyandır, bəşəriyyətə zinət, insanlığa şöhrətdir deməkdi.. Ana-qadın bir qövmün, bir nəslin, bir tayfanın, bir xalqın başlanğıcının əsasıdır. Ana-qadın geni təbii ki, ikinci yaradıcı amil olan ata –kişi geni ilə birləşdikdə gələcək nəsillər mütləq bu genetikanın daşıyıcısına çevrilir.

Hər bir etnikin, hər bir xalqın bir yaradıcı-qurucusu var. O mənsub olduğu xalqın anası olaraq da tarixə düşür!

Bu gün oxucularımıza müxtəlif xalq və dövlətlərdə eyni zamanda bizdə xalqın rəmzinə cevrilmiş ana haqqında danışacağıq.

Xalqın anası

Qafqazda üç xalqın, Ermənistanın, Gürcüstanın və Azərbaycanın özünə məxsus anası var. Hər xalq qeyd etdiyimiz kimi başlanğıcını o anadan götürür. Qərinələr ötür, əsrlər keçir, amma o başlangıc analar xalqın yaddaşında yaşayır, yaşadılır... Hər bir xalq öz anasına abidə qoyur və onu gələcək nəsiilərə göstərir. Birdirir ki, bu sənin başlangıc anandı... Sənin namus, qeyrət, milli idrak, milli özünü tanıma simvolundu bax , tanı. sev.qQoru! Nəhayət ona layiq ol! Amma necə? Qısa bir araşdırma, böyük bir biabırcılığı ortaya qoyduğuna təəssüf və heyrət edərək, həm də əsəb keçirərəkyazmağa başladıq.


Ermənilərin anası –Anahit



Araşdırmanın nəticəsində aydın oldu ki, erməni qadınlarının mənşəyi erməni mifologiyasında Anahit və ya Anais adlandırılan fahişəlik ilahəsinə söykənirmiş. E.ə. III əsrdən başlayaraq b.e. I əsrinə, yəni xristianlığın yayılmasına qədər bu ilahə hayların əsas tanrıçası olub. Hətta bir çox mütəxəssislər bu müddəti fahişəliyin geniş yayılması dövrü kimi xarakterizə edirlər. Strabondan başlayaraq antik tarixçilərin əksəriyyəti öz əsərlərində Anahitin fahişəlik ilahəsi olması və onun şərəfinə inşa edilmiş məbədlər haqqında maraqlı məlumatlar verirlər.

Strabon qeyd edirdi ki, "Anahitə ibadət edənlər fahişəliyə qurşanmışdılar. Həmin vaxt erməni hökmdarı Trdat Anahitə nəcib qadın, erməni xalqının isməti, şöhrəti və canlandırıcısı, böyük Aramazdın qızı və arvadı kimi həmd edirdi".

Fahişəlik ilahəsinin məbədlərində yaşayan hay gəncləri öz valideynləri tərəfindən buraya göndərilir, tanınmış ailələrdən seçilən kahinlər isə onların "mamaroza”lığını edirdi. Buraya yalnız əcnəbilər buraxılırdı. İlahəyə xidmət müddətini bitirən qadınlar məbədi tərk edərkən bütün qazandıqları pulu məbəddə qoyur və ərə gedirdilər. Vaxtaşırı buradakı ərə gedəcək qadınların adaxlısı məbədin kahinlərindən onun nişanlısının ozünü necə aparması barədə məlumat alırdı. Ən çox əcnəbinin ziyarət etdiyi qadın ermənilərdə ən çox arzu olunan gəlin hesab olunurdu. Bu haqda Strabon yazır: "Bu ölkənin qanunlarına görə adlı-sanlı ailələrin qızları yalnız ilahənin məbədində uzun müddət ərzində fahişəliklə məşğul olduqdan sonra ərə gedə bilərdilər. Bundan sonra onların ərə getməsində heç bir problem olmurdu".

Ermənilərin fahişəlik ilahəsi barədə fransız tarixçisi Pyer Düfur XIX əsrin ortalarında dərc olunan "Fahişəliyin tarixi” kitabında yazır: "Onun (ilahənin) şərəfinə ətrafında sevgi ayinlərinin icra olunduğu böyük məbəd tikilmişdi. Erməni qızları bu məbəddə yalnız xaricilərlə cinsi əlaqədə olmağa razılıq verirdi. Qazanılmış pulları qadınlar səcdəgahda ilahəyə nəzir qoyurdular!”


Gürcülərin anası- Tamara



Çariça Tamara 1165-ci ildə doğulub. O, III Georgi və onun cariyəsi olanAlanyahökmdarının qızı Burduxanım yeganə övladı idi. Çar qızının tərbiyəsi ilə onun yüksək ali təhsilli xalası Rusudan məşğul olub. Rusudan özü də Qafqaz vilayətlərindən birində hökmranlıq edirdi. Atasından cəsarət, qərarlılıq, müdriklik götürən gələcək çariça anasından gözəllik, məlahətlilik, xalasından isə adət və ənənənələrə hörmət, dinə ehtiramı mənimsəyib. 20 yaşı olanda atası onu taxta çıxardıb və atası ilə birlikdə dövləti idarə etməyə başlayıb. Yalnız onun ölümündən sonra – 1184-cü ildə Tamara Gürcü çarlığının tək və mütləq hökmdarı olub.. Xanədanın zərurətlərinə və dövrün əxlaq qaydalarına uyğun olaraq zadəganlar Tamaranın orduya lider olması üçün və taxta varisin təmin edilməsi üçün evlənməsini tələb etdilər.Onların seçimləriBöyükVladimir knyazlığının öldürülmüş şahzadəsi Andrey I Boqolyubskinin oğlu olan milliyyətcə rus, məzhəbcə pravoslav olan Yuri idi. Seçim Tamaranın bibisi Rusudan tərəfindən bəyənildi və 1185-ci ildə Yuri Tamara ilə evlənməsi üçün Gürcüstana gətirildi.Yuri bacarıqlı əsgər, ancaq çətin bir insan kimi göstərilir, o, tezliklə arvadının əleyhinə işlər görməyə başlayır.Gərgin ər-arvad münasibətləri saraydakı qruplararası mübarizə ilə paralel gedirdi.1187-ci ildə Tamara zadəgan şurasını sərxoşluq ilə günahlandırılan Yuri ilə boşanmasını təsdiq etməyə razı saldı

İkinci dəfə Tamara ikinci ərini özü seçib və osetin knyazı David Soslanla ailə qurub. 1194-cü ildə Tamaranın oğlu Georgi-Laşa (gələcəkdə IV Georgi) doğuldu. Qızı Rusudan isə təqribən 1195-ci ildə doğuldu və qardaşının ölümündən sonra gürcü hökmdarı oldu.

Тamaranın ölüm tarixi haqqında dəqiq məlumat yoxdur. Xəstəliyinin ilk dövründə Naçarmagevi sarayında qalan çariça sonradan Tbilisiyə, ordan da Aqarani qəsrinə aparılır. Hazırda bu qəsrin Tbilisinin Didqor rayonundakı Kocor qalası olduğu ehtimal olunur.

Bildiyimiz kimi Şota Rustaveli çariça Tamarın hakimiyyəti (təqribi 1165-ci il) dövründə saray şairi olub. Həm də o, çariça Tamarın şəxsi xəzinədarı imiş.O, saraya ilk gəlişindən çariçaya bir könüldən, min könülə vurulubmuş. Bəzi şaiyələrə görə, guya çariça Tamara şairin məşuqəsi imiş. Şair məşhur "Pələng dərisi geymiş pəhləvan” poemasını da sevdiyi hökmdar qadına həsr etmişdi. Bəzi məlumatlara əsasən isə, şair çariçaya olan cavabsız məhəbbətini ömrünün sonunadək qəlbində gizli saxlamışdır. 2010-cu ildə tikilən Mestia aeroportuna da onun adını veriblər – ölümündən 797 il sonra!Hər il mayın 14-də - "Tamaroba” günündə gürcülər onun xatirəsini yad edirlər. Rəsmi tədbirlər əsasən paytaxt Tbilisidə (Didub Müqəddəs Məryəm kilsəsində) və çariçanın heykəli olan Axaltsixdə qeyd edilir.


Azərbaycanlıların anası Tomris və...



Tomris xatun və əlində fars hökmdarı Kirin başı. Heykəl Almaniyadadır.Düşünsək ki, Tomris, Atilladan sonra Avropada ən çox adı çəkilib, büstləri tikilən tarixi şəxsiyyətdir, o zaman təəssüflə qeyd edək ki, bu tarixi şəxsiyyətin, igid qadının respublikamızda nəinki heykəli, hec büstü də yoxdu

Tomris haqqında əsas məlumatHerodotun"Tarix” əsərində qorunmuşdur. Onun doqquz hissədən ibarət "Tarix" əsəri yunan-fars müharibələrinə və bu müharibələrin ətrafında baş verən hadisələrə həsr olunmuşdur. Burada qələmə alınan hadisələr dövrünün tarixçilik ənənələrinə uyğun olaraq, miflə gerçək tarixi rəvayətçilik hüdudlarında yazılsa da, Heredot haqlı olaraq, dünyanın ən görkəmli tarixçilərindən sayılır. Heredotun kitabında yer alan hadisələrdən biri də Əhəməni hökmdarı Kirin e. ə. 529-cu ildə öldürülməsi ilə bağlıdır. Əhəməni dövlətinin banisi II Kirin (e.ə. 550-530) ölümü bədii mövzu kimi antik müəlliflərin yaradıcılığında dərin iz buraxmış, əsrdən əsrə ötürülərək əfsanələşmişdir. E.ə. V əsrdən başlayaraq Herodot, Ktesi, Beros, Strabon, Arrian, Polien, Diodor,Ammian Marsellinvə digər yazarlar bu mövzuya müraciət etmiş, onlara məlum detallarla fərqli hekayələrin yaranmasına səbəb olmuşlar. II Kirin ölümü ilə nəticələnən hərbi əməliyyatlar haqqında rəsmi qaynağın yoxluğundan indiyə kimi antik müəlliflərin yazdıqları ilə kifayətlənməli oluruq. Bu həlledici döyüşün harada baş verdiyi ilə bağlı ən mötəbər mənbə məhz Herodotun "Tarix” əsəri hesab edilir.Kir müasirAzərbaycan respublikası ərazisində,Araz çayından şimalda yerləşənMassaget Çarlığındayürüşü zamanı öldürülmüşdü. Bu rəvayətin qəhrəmanı massagetlərin qətlə yetirilmiş şahının dul qadını Tomirisdir. Heredot yazır: "Massagetlər, deyilənə görə, çoxsaylı və cəsur bir tayfa olub. Onlar issedonlarla qarşı-qarşıya, Günəşin doğuşu istiqamətində şərqdə, Araz çayının arxasında yaşayırdılar." Bəziləri onları skif tayfalarından sayır. Massagetlərin şahı ölmüş, tayfanın başına onun dul qadını Tomiris keçmişdi. Kir öz elçilərini göndərərək, onunla evlənmək istədiyini bildirir. Ancaq Tomiris anlayır ki, Kir onunla evlənmək yox, bu yollaMassaget Çarlığını ələ keçirmək istəyir və elə buna görə də həmin təklifi rədd edir. Belə olduqda Kir hiyləgərliklə öz istəyinə nail ola bilmədiyini görüb massagetlərüzərinə açıq hücuma keçdi. Tomris Xatun bir də Kirlə son qarşılaşmada ordunun ruhunu coşduran çıxış etmişdi və and içmişdi. Tomris qələbə qazanmış, Kir məğlub olmuşdu.



Azərbaycanda igid və cəsur qadın ənənələrinin tarixi kifayət qədər rəngarəngdir: massagetlərin məğrur hökmdarı Tomrisdən başqa, tarixin konkret dönəmlərində qəhrəman qadın hökmdar Nüşabə (heykəli olan yeganə qadın), Şirvana hücum edən Krım xanının qoşunlarını məğlub etmiş Heyran Nisə Bəyim, qoca Şərqin ilk diplomat qadını, Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin xanımı -514-cü ildə Osmanlı-Səfəvi arasında baş vermişÇaldıran döyüşündə iştirak etmiş Taclı bəyim, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşı Tuti Bikə (1776-cı ildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılmışdı. O, ərinin döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdır) Nigar, Həcər kimi qadınlar həm də mərdlik, şücaət,cəsarət rəmzləri olublar.



Maraqlı bir nüansı nəzərinizə çatdırım, bizim qadınların şücaətini cəsarətini, düşmənə qarşı döyüşkənliyini ifadə edən hansı heykələ rast gəlmisiniz? Qarabağ müharibəsi zamanı soyqırıma məruz qalmış, balası öldürülmüş xocalılı çarəsiz ananın "Xocalı abidəsi” və çadrasını başından atmış "Azad qadın” heykəllərinin bizim tarixi keçmişimizə, mənəvi ana-başlanğıc genimizlə yaxından-uzaqdan bir əlaqəsi varmı?

Əntiqə Rəşid