adalet.az header logo
  • Bakı 19°C
16 Iyun 2020 21:02
9343
GÜNDƏM
A- A+

155 Azərbaycan vətəndaşı Dağıstandan avtobuslarla ölkəyə gətirilib

Bu gün daha 155 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.

Xarici İşlər Nazirliyindən Adalet.az-a bildirilib ki, Dağıstanda olan 155 nəfər avtobuslarla Azərbaycana təxliyə olunub.

Azərbaycan vətəndaşlarının xarici ölkələrdən vətənə gətirilməsi prosesi davam edir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qrafik üzrə bu gün 150 nəfərdən artıq Azərbaycan vətəndaşının ölkəyə keçməsinin təmin olunacağını demişdi.