adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Iyun 2020 21:27
54405
ŞOU-BİZNES
A- A+

Türkan Vəlizadə: “Çobana ərə gedib, ferma tikib, bizneslə məşğul olaram” - VİDEO

Müğənni Türkan Vəlizadə şəxsi həyatı ilə bağlı yeni açıqlamaları ilə gündəmə gəlib.

Oxu.Azxəbər verir ki, ARB TV-də yayımlanan "Ona qalsa” səhər şousunda qonaq olan sənətçi ailə həyatı quracağı şəxs barədə müzakirələrə səbəb olacaq etiraflar edib.

Verilişin aparıcısı Nazilə Səfərlinin "Çobana ərə gedərsən?” sualına T.Vəlizadənin cavabı belə olub:

"Hazırda həyatımda ürəyimisevgi ilə dolduran bir şəxs yoxdur. Bu barədə danışmaq istəmirəm. Bir insanı sevəndə, gərək onu olduğu kimi qəbul edəsən. Əgər inam yoxdursa, ortada sevgi ola bilməz. Ən əsası inam olmalıdır. İtirmək qorxusunu da itirmişəm.

Çoban oğlana ərə gedərəm. Pandemiya səbəbindən sənətçilərin bütün işləri dayanıb. Toylarımız, tədbirlərimiz, qazanc yerimiz yoxdur. Çobanla evlənib, ferma tikib, bizneslə məşğul olarıq”.