adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Iyun 2020 21:09
51746
MARAQLI
A- A+

Nənə öz nəvəsini dünyaya gətirəcək - FOTO

ABŞ-ın Çikaqo şəhərində ana sonsuzluqdan əziyyət çəkən qızına kömək etmək qərarına gəlib və nəvəsi üçün surroqat valideyn olub.

Bu barədə "7news” məlumat yayıb.

29 yaşlı Breanna Lokvud və yoldaşı Aaron dörd il övlad sahibi ola bilməyiblər.

Cütlük süni mayalanma xidmətinə müraciət etsə də, nəticəsi mənfi olub.

Qızına müraciət edən 51 yaşlı Culiya Lavinq nəvəsi üçün surroqat ana olmağa hazır olduğunu bildirib.

ABŞ-da surroqat ana olmaq üçün yaş həddi 35-dir. Lakin həkimlər sağlamlığı əla vəziyyətdə olan qadına surroqat ana olmaq üçün icazə veriblər.

Hamiləlik uğurlu alınıb. Uşağın noyabr ayında doğulacağı gözlənilir.