adalet.az header logo
  • Bakı 11°C
16 Iyun 2020 20:45
35553
ŞOU-BİZNES
A- A+

Xalq artisti etiraz etdi: “Bilsəydim sizin verilişdir, gəlməzdim” - VİDEO

"Ürəyimi övladlarıma açmışam. Bilsəydimsizin verilişdir, gəlməzdim. Adamı çox pərt edirsiniz. Əgər mənə qulp qoysanız, övladlarımı köməyə çağıracağam”.

Oxu.Azxəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova "İctimai Televiziya”da yayımlanan "Fatehin divanı” axşam şousunda aparıcı DJ Fatehə etirazını bildirərkən deyib.

Aparıcının "Fatmayıdakıbağda qalırsınız?” sualına F.Kərimova belə reaksiya verib:

"Əcəb edirəm, Fatmayıdaqalıram. Haranı istəyirəm, oranı seçirəm. Bir xanım var idi(mərhum Xalq artisti İlhamə Quliyevanı nəzərdə tutur - red.), Maştağada otururdu, zəng vurana deyirdi ki, İsveçdəyəm. Deyirdilər, axı Maştağaya zəng vurmuşuq, cavab verirdi ki, Xalq artistiyəm, harada istəyirəm, orada oluram. Mən də Xalq artistiyəm”.