adalet.az header logo
  • Bakı 16°C
16 Iyun 2020 20:33
69056
TEXNOLOGİYA
A- A+

“WhatsApp” son bir həftədə ikinci yeniliyi ilə sevindirdi - FOTO

"WhatsApp” messencerində yeni funksiya işə salınıb. Belə ki, tətbiqə pul köçürmə xidməti əlavə edilib.

Bu barədə "Facebook” rəhbəri Mark Zukerberq öz səhifəsində məlumat verib.

Hələlik yenilik yalnız Braziliyadakı istifadəçilər üçün əlçatandır.

Qeyd olunur ki, bu xüsusiyyət kiçik biznesdə məhsulu messencer tətbiqi vasitəsilə birbaşa satmağa imkan verəcək. Yeni xüsusiyyət təhlükəsiz köçürmələri təmin edən "Facebook Pay” ödəniş sistemində işləyir.

Xatırladaq ki, bir neçə gün öncə "WhatsApp”ın istifadəçilərə çatlardatarix üzrə axtarışimkanı verəcək funksiyası barədə elan edilmişdi.