adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 Iyun 2020 17:30
7905
GÜNDƏM
A- A+

TƏBİB: Sosial şəbəkələrdə yayılan video Bəhram Bağırzadəyə aid deyil

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əməkdar artist Bəhram Bağırzadə ilə bağlı sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib.

TƏBİB-dən Adalet.az-a verilən məlumatda deyilir:

"Son günlər sosial şəbəkələrdə guya əməkdar artist Bəhram Bağırzadənin pandemiya xəstəxanasında çəkilmiş videosu ilə bağlı bildiririk ki, sözügedən videomaterialda hal-hazırda "Yeni Klinika” tibb müəssisəsində müalicə alan 1984-cü il təvəllüdlü vətəndaşın görüntüləri yer alıb.

B.Bağırzadə ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir".

Qeyd edək ki, əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasında koronavirus infeksiyasından müalicə alır.