adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Iyun 2020 16:50
8785
GÜNDƏM
A- A+

Bakıda binaların həyətinə yerləşdirilən 3 min konteyner götürüldü

Ölkədə pandemiya ilə əlaqədar narıncı zona elan edilən ərazilərdə tətbiq edilən sərt karantin günlərində yaşayış binalarının yaxınlığına yerləşdirilən tullantı konteynerləri yığışdırılıb.

Bu barədə Adalet.az-a Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentindən məlumat verilib.

Məlumatda bildirilir ki, həmin konteynerlər yalnız sərt karantin günləri üçün nəzərdə tutulmuşdu: "Sərt karantin günlərində tullantı meydançalarına quraşdırılan konteynerlər həmin meydançalardan götürülərək yaxınlığında tullantı meydançası olmayan yaşayış binalarının həyətlərinə qoyulmuşdu. Bundan başqa da əlavə olaraq Bakı şəhərində binaların həyətlərinə 1000 ədəd yeni konteynerlər qoyulub. Departament əməkdaşları həmin konteynerləri tez-tez boşaldırdılar. Artıq bu gün səhər saatlarından əlavə yerləşdirilən 1000 ədəd konteyner ərazidən götürülüb, digər konteynerlər isə tullantı meydançalarına qaytarılıb".

Məlumatda bildirilir ki, əgər növbəti həftə sonları təkrarən sərt karantin rejimi tətbiq edilərsə, yenidən həmin ərazilərə tullantı konteynerləri qoyulacaq: "Ötən həftə sonu sərt karantinlə əlaqədar tullantı meydançalarından 2 min, əlavə olaraq isə 1000 konteyner binaların həyətlərinə yerləşdirilmişdi. Əgər növbəti dəfə sərt karantin tətbiq edilərsə və ehtiyac yaranarsa, konteynerlərin sayı artırıla bilər".