adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Iyun 2020 14:36
19832
SİYASƏT
A- A+

Ermənistanda vəziyyət elə ermənicədi

Dünyanı bürümüş pandemiyaya qarşı mübarizə aparmaqda aciz qalan Ermənistan hökunəti böhran yaşamaqdadı. 8 iyunda birdən- birə eyni gündə Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyanın, Baş Qərargah rəisi general-leytenant Artak Davtyanın və Polis rəisi Arman Sarkisyanın istefa ərizəsini Paşinyana təqdim etməsi, doğrudan da bu ölkəxdə vəziyətin ermənicə olmasını göstərir.

Son günlər Paşınyan hökumətinə qarşı müxalifətin etirazları daha mütəşəkkil və ardıcıl xarakter alması, müxalifətin hökumətdən kənar müəyyən dairələrdə hazırlanması faktları göstərir ki, Ermənistan hökumətində birlik yoxdu, hakim partiyanın daxilində narazılıqlar artır.

Tələm-tələsik üç yüksək vəzifəli, hökumətin mühüm postlarını tutan şəxslərin istefasının qəbul olunması və onların yerinə təyinatların olmasıda hakimiyyətdaxili dərin böhrandan xəbər verir.
Üç güc strukturunun rəhbərlərinin bir gündə istefa verməsi təbii ki, təsadüf ola bilməz. Bu Paşınyan hökumətinə ciddi xəbərdarlıq ola bilər. İstefa verən şəxslərin sonradan müxalifət cərgələrinə qoşula biləcək ehtimallarıda çox yüksəkdi

Son vaxtlar Ermənistan parlamentində ikinci böyük fraksiyanın rəhbəri, "Çiçəklənən Ermənistan Partiyasının" sədri Qaqik Çakuryanın fəallaşması, onun həbsi ilə nəticələndi. Çakuryan Baş nazir Paşinyandan hökumətin 100 faiz istefası tələbi ilə çıxış edirdi Qaqikin minlərlə tərəfdaşının Təhlükəsizlik Xidmətinin binası önündə etiraz mitinqlərinin qarşısl polis tərəfindən amansızlıqla alınmaqdadı. Xəbərlərə görə qarşıdurma nəticəsində hər iki tərəfdən xəsarət alanlar və etirazçılardan həbs olunanlar var.

Bu arada Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan müxalifətin Paşinyan hökumətinə qarşı təzyiqərini pisləyərək "pandemiya dövründə sosial-iqtisadi, siyasi cəhətdən ciddi problemlərə qarşı mübarizə aparan hökuməti tənqid etməyi vətənə xəyanət kimi" qiymətləndirməsi müxalifət qüvvələrini qəzəbləndirib. Onlar eks prezidenti 1990-cı illərdə Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə getməkdə günahlandırıb və Paşinyan hökumətini onun bu planlarını davam etdirməkdə ittiham edib.
Əslində bütün dünya şahiddir ki, bu ölkədə Dağlıq Qarabağ məsələsində güzəştə getmək istəyən siyasi iqtidarlar dərhal hakimiyyətdən uzaqlaşdırılıb. Vaxtı ilə Ter-Petrosyan məhz bu səbəbdən istefa verməyə məcbur edildi, Karen Dəmirçiyan isə daha pis, terrorçuların parlamentə hücumu zamanı güllələnərək öldürüldü.

Paşinyanıda terrorçu dövlət tərəfindən eyni aqibət gözləyəcəyi şübhə doğurmur. For-post ölkənin baş naziri ABŞ və Rusiyanın arasında çabalayır. Bir əlində iki qarpız tutmaq siyasəti onu klanlararası mübarizənin qurbanına çevirir və Ermənistanı da uçuruma aparır. Yolları açıq olsun.

Rüstəm Hacıyev