adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Iyun 2020 12:43
13383
SİYASƏT
A- A+

Avropa Parlamentindən Ermənistana sərt şapalaq

10 iyun 2020-ci ildə Brüsseldə Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko və Ermənistan üzrə məruzəçisi Traian Basesku, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsi Nümayəndəliyinin sədri Mariya Kalyurand, Ermənistanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə birləşdirəcək yeni magistral yolunun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yayıblar.

Bəyanatda tikintisi nəzərdə tutulan yeni, üçüncü magistral yolun hazırda işğal altında olan Qubadlı, Cəbrayıl rayonlarından keçərək Qafan rayonu ilə Hadrut rayonunu birləşdiriləcəyi bildirilir

Bəyanatda bildirilir ki, bu layihənin inşası beynəlxalq hüquq normaları pozularaq, Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib. Ermənistanın bu qərarl Dağlıq Qarabağın qanunsuz işğal olunmuş ərazilərini əhatə edir.

"Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə və onların 2009-cu ildə Əsas Prinsiplərə dəstəyimizi bir daha bəyan edirik"-deyə bəyanatda vurğulanır.



Bu bəyanatda Avropa Birliyi Dağlıq Qarabağ məsələsində ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə edib. Bundan başqa Avropa Parlamentinin müharibə şəraitində olan iki pespublika üzrə məruzəçilərinin və həmçinin Gürcüstan, Azərbaycan və Ermənistan üzrə Parlamentin Əməkdaşlıq Komitəsinin ilk dəfə olaraq Ermənistana, onun işğalçılıq siyasətinə qarşı ortaq bəyanat yayması diqqəti çəkir. Nəhayyət Ermənistanın işğalçı dövlət olması, məsələnin sülh yolu ilə tənzimlənməsi yoluna əngəllər yaratması dilə gətirilir.

Bəyanatda vurğulanan mühüm məqamlardan biri də Avropa Parlamentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyinin açıq şəkildə bəyan edilməsidi. Üç təcrübəli siyasətçi tərəfindən belə bəyanatın verilməsi Avropa Parlamentinin bütövlükdə münaqişəyə yanaşma mövqeyinin göstəricisidi.

Ermənistanın münaqişənin sülh yolu ilə həllinə həmişə qeyri-konstruktiv yanaşması, yeni, Paşinyan hakimiyyətinin də guya özünü proseslərdən kənarda saxlamaqla, əvvəllərdə qəbul edilmiş prinsipləri qəbul etməməsi Avropa Parlamentinin bu bəyənatında əks olunub.

Bu bəyənat ölkə başçımız İlham Əliyevin illərdi apardığı uğurlu xarici siyasətin parlamentarizm əməkdaşlığı çərçivəsində həyata keçirilməsinin bariz nümunəsidi. İnanırlq ki, bundan sonrada Avropa Parlamenti ilə uğurlu əməkdaşlıq çərçivəsində haqq səsimizin yüksək tribunalardan səsləndirilməsinə nail olacağıq.

Rüstəm Hacıyev