adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Iyun 2020 11:23
46276
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SƏNƏ SÜBH DUAM

Yenə ağlım yanında
Pərvanəndi ürəyim...
Hiss etdinmi yananda -
Sənin üçün , mələyim?!

Uçmuşam bədənimdən
Tələsmişəm yuvama...
Enərək qədəmindən-
Sığınmışam , duana!..

Üstündə baxışlarım
Telində kəpənək əl...
Bu ömrün naxışların -
Oxşamağa sən də gəl!

Dan yerini gözümdən
Lalə kimi asta dər...
Tutub sevgi sözündən
Gününü laləyə sər!..