adalet.az header logo
  • Bakı 16°C
16 Iyun 2020 10:07
46116
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ÜRƏYİMDƏN

Çoxdandı dindirmirəm -
Küsmüşəm ürəyimdən...
Ümidimin əlini -
Kəsmişəm ürəyimdən...

Deməyin dəli olub
Dərdimdə əli olub...
Bir xəzan yeli olub -
Əsmişəm ürəyimdən...

Çox dərddən ləçək dərib
Dərdi də ləçəklənib...
Görəndə çiçəklənib -
Üzmüşəm ürəyimdən...

Nəm çəkib axşam,sabah
Boy verib ahımdan ah!
Bu son yazından ,Allah -
Bezmişəm ürəyimdən....