adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Iyun 2020 23:03
70842
TEXNOLOGİYA
A- A+

Azərbaycanda pandemiya dövründə mobil operatorların gəlirləri artıb

Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 4,5 faiz artaraq 859,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Adalet.az-a verilən məlumata görə, göstərilən xidmətin 71,9 faizi əhali tərəfindən istehlak olunub. Bu sahədə əldə edilmiş gəlirin 79,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 42,2 faizi və ya 362,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.