adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
12 Iyun 2020 13:31
17865
SİYASƏT
A- A+

Bəhreyn Krallığının vəliəhdi Prezident İlham Əliyevi təbrik edib

Bəhreyn Krallığının vəliəhdi, Ali Baş Komandanın müavini, Nazirlər Şurası sədrinin birinci müavini Salman bin Həməd Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram".