adalet.az header logo
  • Bakı 18°C
12 Iyun 2020 12:48
15899
İDMAN
A- A+

Aqil Məmmədov: Ora bizim evimiz idi

Aqil Məmmədovun "Futbol+" qəzetində geniş müsahibəsi çıxıb. "Neftçi"nin qapıçısının "Bakı" klubunun Biləcəridəki bazasının sökülməsinə münasibətini olduğu kimi yazıram.

- Elə bir xəbər oxumuşdum ki, yerində nəsə tikəcəklər. Amma inanmırdım. Düşünürdüm ki, qoymazlar, o boyda bazanı, akademiyanı sökməzlər. Əməlli-başlı sökürlər? Binanı, meydanları hamısını?
-Bəli, hamısını. Nə varsa, traktorun qabağına verib süpürürlər. Boş sahə qalıb, yerində yaşayış kompleksi inşa edəcəklər.
- (səsi kəsilir)
- Alo...Aqil, eşidirsən?
-(kövrək səslə) Bazada nə vardısa, hamısını sökürlər, hə? Heç nə qalmayıb yerində?
- Sonluq elə olacaq.
- Deməyə söz tapmıram. Ora bizim evimiz idi. Allaha and olsun, özümü güclə saxlayıram, deməyə söz tapmıram. Elə bilirəm, orda doğulub-böyümüşəm. Uşaqlığım, gəncliyim, yetkinliyim orda keçmişdi elə bil. Ordan keçəndə ora necə baxacam indi? (sonuncu cümlədən sonra diktofonu söndürməyi xahiş edir və "Bakı"ya bağlı xatirələrini bölüşür, Hafiz Məmmədovun klub üçün etdiklərini, lakin çoxlarının bilmədiklərini danışır).

Paylaşdı: Ceyhun Rzayev